ADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

ADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 1 mart tarixinin dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Mülki Müdafiə Günü kimi qeyd edildiyini vurğulayıb. O, əlavə edib ki, universitetdə bu əlamətdar günlə bağlı tədbirin keçirilməsi tələbələrin maariflənməsinə öz töhfəsini verəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları İdarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev təmsil etdiyi qurumla ADU arasında əməkdaşlıqdan söz açıb. O, 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü haqqında geniş məlumat verib. Onun sözlərinə görə, dövlət mülki müdafiə sahəsində əhalinin mühafizəsi ilə bağlı tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə öhdəlik götürüb və onların təhlükəsizliyini təmin edir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında danışan Q.Ağayev nazirliyin tərkibindəki qurumların ən müasir texnika və avadanlıqlarla təchiz edildiyini, peşəkar xilasedici kadrların hazırlandığını diqqətə çatdırıb. Q.Ağayev fövqəladə halların qarşısının alınmasında profilaktik tədbirlərin görülməsi, dəyə biləcək maddi ziyan və itkilərin maksimum azaldılması, fövqəladə halların nəticələrinin aradan qaldırılmasının mülki müdafiənin əsas məqsədlərindən olduğunu nəzərə çatdırıb.
Tədbirdə həmçinin səyyar mobil laboratoriya, radiasiya və müəyyən qrup qazları aşkarlayan cihazlar, onların taktiki, texniki göstəriciləri, həmçinin əleyhqaz, dəri mühafizə vasitələri və digər avadanlıqların istifadəsi haqqında məlumat verilib.

ADU-nun Mətbuat Xidməti


ADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilibADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilibADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilibADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilibADU-da Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

Oxşar xəbərlər