“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi

“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət dərgisi Cümhuriyyət ili münasibətilə hekayə müsabiqəsi elan edir. Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel, 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:
- Müəllifin adı və soyadı (təxəllüsü)
- Müəllifin əlaqə nömrəsi
- Times New Roman şrifti ilə word faylında, ən azı 2000, ən çoxu 5000 boşluqsuz işarə sayında hekayə.
Müsabiqəyə təqdim olunan hekayələr Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər