Harvard Universiteti azərbaycanlı professorun çıxışlarını yayımlayıb

Harvard Universiteti azərbaycanlı professorun çıxışlarını yayımlayıb ABŞ-ın Harvard Universiteti Qərbi Kaspi Universitetinin professoru Vəsilə Hacıyevanın siyasi elmlər və fəlsəfə üzrə dünya konqreslərindəki çıxışlarını özünün akademik arxivinə daxil edərək yayımlayıb (https://dash.harvard.edu/handle/1/34391775, https://dash.harvard.edu/handle/1/32211559).
Məlumat üçün bildirək ki, bu arxiv Harvard Universiteti kitabxanasının müasir elektron elmi bazasıdır və bu ali məktəbin professorlarının, tədqiqatçılarının mötəbər beynəlxalq akademik rəyçilər tərəfindən təsdiqlənmiş elmi işlərini toplayır.
Eyni zamanda, universitet bu materialları əlyetərli etmək üçün paylaşır, Harvard icmasının, xüsusilə də professor və tədqiqatçılarının elektron poçt ünvanlarına göndərir. Bu isə imkan verir ki, tədqiqatçılar öz sillabuslarında və araşdırmalarında həmin mənbələrdən istifadə etsinlər.
Xatırladaq ki, V.Hacıyeva ötən il Harvard Universitetində “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” mövzusunda tədqiqatlar aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər