Prezidentin qızı Harvard universitetinin tələbəsi olacaq

Prezidentin qızı Harvard universitetinin tələbəsi olacaq ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya Harvard univeristetinin tələbəsi olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ağ evin bəyanatında deyilir.

Prezident və birinci xanım Mişel Obama bu gün elan ediblər ki, onların qızı Maliya 2017-ci ilin payızında Harvard univeristetində təhsil almağa başlayacaq. 17 yaşlı Maliya məktəbi bu ilin yazında bitirir.
Daha əvvəl Barak Obama öz bəyanatında bildirib ki, hakimiyyətini başa vurduqdan sonra bir neçə il Vaşinqtonda yaşayacaq.
“Biz Saşa (prezidentin kiçik qızı - red.) məktəbi bitirənədək hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin ortasında köçmək - dərslərdə çətinlik yarada bilər”-deyə Obama bildirib.

Prezidentin qızı Harvard universitetinin tələbəsi olacaq

Barak Obama, Mişel Obama və qızları
Ötən həftə ABŞ prezidenti Ağ Evdə ali təhsil müəssisələrinin tələbələri ilə keçirilən görüşdə tələbələrin suallarını cavablandırarkən qızlarını həyatının ən böyük uğuru adlandırıb. “Hər şeydən çox onunla qürur duyuram ki, Mişel Obamanın köməkçisi olaraq 2 möhtəşəm qız böyütmüşəm”, - deyə ABŞ prezidenti vurğulayıb.
Artıq ikinci müddətdir ki, ABŞ prezidenti olan Barak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa Obama (2001) adlı iki qız övladına sahibdir. Hər iki prezident qızı Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar. Asudə vaxtlarında isə gimnastika, piano və tennis dərsləri alırlar. Dövlət başçısı seçilməzdən öncə senator Barak Obama ailəsi ilə Çikaqo şəhərində yaşayırdı. Burada onun qızları Çikaqo Universiteti yanında yaradılan elit orta məktəbdə təhsil alırdılar.

tehsil-press.az

Oxşar xəbərlər