Kabildə hospitala hücum nəticəsində ölənlərin sayı 30-u keçib
Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror qruplaşmasının hərbi hospitala hücumu nəticəsində ölənlərin sayı 30 nəfəri keçib. Təhsil-press.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 50-dan artıq insan yaralanıb. Həmçinin bildirilib ki, hücumda iştirak edən bütün terrorçular Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən artıq zərərsizləşdirilib.
Təhsil-press.az
- Baxış: 5808
Xəbərin tarixi: 09.03.2017 / 10:53
-
Oxşar xəbərlər