Salman Xan həbs olundu

Salman Xan həbs olundu Bollivudun məşhur ulduzu Salman Xan həbs olunub. Hindistanın Jodhpur şəhərinin baş hakimi Dev Kumar Khatri aktyora beş illik həbs cəzası verib.
O, iki maralı öldürməkdə ittiham olunub.
Məlum olub ki, aktyor 1998-ci ildə bir filmdə oynamaq üçün şəhərin Kankarı qəsəbəsinə gedib və qanunun 51-ci maddəsinə qarşı gələrək icazəsiz qoruğa daxil olub və iki heyvana zərər verib.
20 ildir ki, davam edən məhkəmə prosesinin sonuncu iclası 28 martda baş tutub. Qərara əsasən, S. Xan həbs edilib.

Tehsil-press.az

Oxşar xəbərlər