
Qonaqlar bu ali məktəbin texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, əmtəəşünaslıq fakültəsinin dekanı, dosent Tofiq Osmanov və qida məhsullarının texnologiyası kafedrasının müdiri Mehriban Məhərrəmova ilə görüşüblər.
Görüşdə UNEC-də qida laboratoriyasının yaradılması müzakirə edilib. Bu sahədə qardaş ölkənin təcrübəsindən faydalanmağın əhəmiyyəti vurğulanıb. Qonaqlar UNEC-də tədris olunan fənn proqramları, metodik göstərişlər, dərslik və aparılan tədqiqatlarla tanış olublar.
UNEC-in Mətbuat Xidməti