Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı eks həmkarı Hüseyn Abdullayevin Azərbaycana gətirilərək həbs edilməsindən danışıb.
Kimliyindən asılı olmayaraq kim Azərbaycan qanunvericiliyini pozursa və cinayət əməlinə yol verirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Hüseyn Abdullayev də qanunvericiliyi pozubsa ona hər hansı istisnalar ola bilməz. Bu fakta xüsusi yanaşma sərgiləməməliyik. Düşünürəm ki, məsələni fərdi müstəvidə izah etməyə ehtiyac yoxdur.
Mənə elə gəlir ki, onun həbsini indiki situasiya ilə əlaqələndirmək düzgün deyil. Sadəcə olaraq hüquq- mühafizə orqanlarının uzun müddətdən sonra aparmış olduğu araşdırmalar təsadüfən indiki zamana düşdü. Bu təsadüfi bir uyğunluqdur. Hüseyn Abdullayev elə xüsusi çəkiyə malik deyil. O bir Azərbaycan vətəndaşıdır və başqaları kimi müəyyən qanun pozuntularına yol verib. Harda yaşamasından asılı olmayaraq digər şəxsləri də əminəm ki, hüquq-mühafizə orqanlarımız Azərbaycana gətirəcək və onların da qanun qarşısında cavab verməsinə nail olacaqlar.
Hüseyn Abdullayev artıq sabiq deputatdır. Onun toxunulmazlığı vaxtilə aradan götürülüb. Ona görə də “Deputatın toxunulmazlığı haqqında” qanun eks deputatların heç birinə tətbiq olunmur”.
Tehsil-press.az