Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilib Sumqayıt şəhər Poeziya evində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Nizami Gəncəvi adına Kitabxana klub və Mərkəzi uşaq kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şair Məmməd Namazla yanaşı Sumqayıt yazarları, oxucular iştirak ediblər.
Tədbirdə şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.
Sonra şairlər Rafiq Yusifoğlu. Ələsgər Həsənli, Almaz Sahilə, AYB-nin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Mərkəzlədirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıblar.
Daha sonra Mərkəzi uşaq kitabxanası şairin “Vətən bayatıları”, “Azərbaycan” şeirləri, N.Gəncəvi adına kitabxana klubu “Layla”, “Leyla”, “Kəpənək” şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi isə “Analar və balalar” nağılı əsasında Sabir Sarvan adına uşaq poeziya klubunun üzvlərinin hazırladığı səhnəciklə yubilyarı təbrik ediblər.
Tədbirdə “Balalara hədiyyə” başlığı altında kitab sərgisi, Nizami Gəncəvi adına uşaq kitabxana klubunun və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının yubilyarın şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş etdirilib.
Sonda şair Məmməd Namaz çıxış edərək tədbirdə əməyi olan hər kəsə minnətdarlığını bildirib, yeni şerlərini ifa edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə sumqayıtlı şair Məmməd Namazın 75 illiyi münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər