Sumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilib Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib. Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri, nümayəndəliklər üzrə baş məsləhətçilər, idarənin aparıcı məsləhətçiləri iştirak edib. Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edib.
O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı son sərəncamlar əsasında aparılan struktur dəyişikliklər haqqında geniş məlumat verib, idarənin strukturundakı yeni kadr təyinatları haqqında danışıb, onları kollektivə təqdim edib.
Mehman Şükürov həmçinin mədəniyyət müəssisələrini əhatə edən problemlər, görüləcək işlər haqqında geniş məruzə edib.
Birinci rübün yekunları və qazanılan uğurlarla bağlı kollektivə təşəkkür edən idarə rəisi bildirib ki, bu uğurlar sizlərdə arxayınlıq hissi yaratmamalı, daha da əzmlə çalışmalısınız.
O, həmçinin, mədəni-kütləvi tədbirlərin keçirilməsi, işə davamiyyət, müəssisələrdə aparılan reydin nəticələri, ödənişli şərtlərlə mədəni xidmətin göstərilməsi qaydaları, inventarlaşdırma işlərinin aparılması Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin konserti ilə bağlı hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib.
Daha sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. İlham Əhmədov və Ceyran Axundova sənədləşdirmə işləri ilə bağlı problemlərə toxunaraq həlli yollarını təklif ediblər.
Daha sonra müəssisə rəhbərlərinin fikirləri dinlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin zona müşavirəsi keçirilib

Oxşar xəbərlər