Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi və dəstəyi, AJB və AYB Sumqayıt şəhər bölməsinin və Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə Sumqayıt POEZİYA EVİndə tanınmış şair, jurnalist Əli Nəcəfxanlının 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii geçə keçirilib.
Şair Əşrəf Veysəllinin aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, tanınmış yazıçı, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli, respublikanın Əməkdar Mədəniyyət işçisi, şair-publisist Məzahir Süleymanzadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Kazımov, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, Əli Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, şairlərdən Ofelya Babayeva, Zirəddin Qafarlı, Əyyub Qiyas, Asif Asiman, Firdovsi Cəfərxan, gənc şair Elvin Əlizadə və digərləri Əli Nəcəfxanlı, onun publisistikası və poeziyası haqqında səmimi, xoş sözlər söyləyiblər.
Beynəlxalq Mahmud Kaşqarlı Fondunun baş katibi Elxan Zal Qaraxanlı Əli Nəcəfxanlıya Kaşkari adına mükafat, AJB-nin Sumqayıt şöbəsinin sədri, şair-publisist Rafiq Oday isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin adından AJB-nin fəxri diplomunu təqdim ediblər.
Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, gənc qiraətçi Amil babayev və digərləri Əli Nəcəfxanlının oxucular tərəfindən çox sevilən şeirlərini səsləndiriblər.
Sumqayıt şəhər Gənclər kitabxabxanası tərəfindən 5 saylı Uşaq poliklinikasında Tibb işçisi günü ilə əlaqədar “İnsan, sağlamlıq və gözəllik” adlı səyyar sərgi keçirilib. Sərgidə Azərbaycan ədəbiyyatı incilərindən nümunələr və eləcə də tibb sahəsini əhatə edən 150-yə qədər elmi və kütləvi ədəbiyyat nümayiş etdirilib.
Abşeron rayon Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin kollektivi Gürcüstan Respublikasına səfər ediblər. Gürcüstan Respublikası, Marnueli rayonu bələdiyyəsinin dəvəti ilə baş tutan səfər çərçivəsində kollektiv Marneuli rayon Sadaxlı mədəniyyət evində konsert proqramı ilə çıxış edib. Konsertdə məktəbin xalq çalğı alətləri ansamblı, saz ansamblı, fortepiano və skripka şöbələrinin şagirdlərinin, eləcə də xanəndələrin ifasında musiqi nömrələri maraqla dinlənilib.
Qubadlı Rayon Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbində keçirilən konsert Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına həsr olunub. Konsertdə məktəbin şagirdləri tərəfindən Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbeyli, Tofiq Quliyev, Səid Rüstemov, Fikrət Əmirov, Adil Gəray və digərləri haqqında məlumat verilib, şagirdlərin ifalarında əsərləri dinlənilib. Konsert proqramı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər