Şagirdlərin buraxılış imtahanlarındakı zəif nəticəsi

Şagirdlərin buraxılış imtahanlarındakı zəif nəticəsi İqtisadçı ekspert Rövşən Ağayev Dövlət İmtahan Mərkəzinin 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizinə münasibət bildirib.
Bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki,bu hesabatda kurrikulumum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə 1-ci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib: “Mərkəzin öz ekspertlərinin gəldiyi ilkin nəticə budur ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımı səviyyədə deyil.
Rəqəmlərdən aydın olur ki, 2 mərhələnin yekununa görə (imatahanlar 2 mərhələdə keçirilmişdi) ötən il 9-cu sinfi bitirərək buraxılış imtahlarında 108 min nəfər şagird iştirak edib.
Hər 2 mərhələnin ümumi yekununa görə Azərbaycan dilindən imtahan verən bütün şagirdlərin təxminən 57%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 7%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib.
Ana dilindən cəmi 1 nəfər 100 bal toplayıb. Hər 2 mərhələnin ümumi yekununa görə riyaziyyatdan imtahan verən bütün 9-cu sinif şagirdlərin təxminən 70%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 5.5%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Riyaziyyat fənnindən 20 nəfər 100 bal toplayıb.
Fərqlənmə attestatı almaq istəyən 27 min nəfərə yaxın şagird esse yazıb. Qaydalara görə, esse üzrə qiymət 10 ballıq şkala üzrə ən azı 7 bal olduğu halda 9-cu sinif şagirdləri fərqlənmə attestatı almaq şansı qazana bilir.
Yekun statistikaya görə, esse yazmış şagirdlərin cəmi 23%-i (6.3 min nəfər) 7 və yüksək bal toplaya bilib. Öz növbəsində 21% (5.5 min nəfər) essedən 0-2 intervalında bal alıb”.

Tehsil-press.az

Oxşar xəbərlər