Bakıda ilk dəfə saqqal yarışması keçirildi - Video

Bakıda ilk dəfə saqqal yarışması keçirildi - Video Müasir dünyanın yeni dəbi saqqaldır ki, ölkəmizdə də bununla bağlı xüsusi studiyalar yaradılıb və onlardan biri də xüsusi yarışma təşkil edib.
Bakıda keçirilən ilk saqqal yarışmasında saqqalla bağlı bir çox incəliklər nəzərə alınıb. Peşəkar bərbərlərdən ibarət münsiflər heyəti saqqalın üslubu, onun dizayn və forması kimi, geyimlə ahəngliyini də nəzərə alıb.
Saqqala qulluğu vacib sayan bərbərlər, üzün tüklü olmasının kişilərə bir çox üstünlük verdiyini deyirlər.
Salman İsmayılov (təşkilatçı): “Bütün saqqalların hamısı gedir tarixə çıxır. Hamıya saqqal saxlamağı məsləhət görürəm. Dərini cavanlaşdırır”.
Festivalın sonunda saqqalı fərqlənən şəxslərə mükafatlar verilib. Bu yarışmanın ənənəvi tədbir kimi keçirilməsi nəzərdə tutulur.



Tehsil-press.az

Oxşar xəbərlər