
Rəhbərlik etdiyi universitetdə son vaxtlar həyata keçirilən islahatlardan danışan Mustafa Babanlı tədris prosesi, beynəlxalq əlaqələr, startap layihələri və s. haqqında qonaqlara məlumat verib. ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu diqqətə çatdıran rektor bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən V.Onişenko iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Görüşdə, həmçinin birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.
Hikmət Əliyev