ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya ilə münasibətləri düzəltmək istəyir. Bu barədə Donald Tramp Minnesota ştatının Dulut şəhərində tərəfdaşları qarşısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Rusiya 2016-cı ildə ABŞ prezidenti seçkilərində Hilari Klintonun qələbə qazanmasını istəyirmiş.