“Elektron Akademiya” layihəsinə start verildi

“Elektron Akademiya” layihəsinə start verildi Yüksək ixtisaslı milli və beynəlxalq kadrlar hazırlayan ali təhsil müəssisəsi kimi Dəniz Akademiyasının prioritet məqsədlərindən biri təlim-tədris prosesində innovativ texnologiyaların tətbiqini təmin etməklə idarəetmənin və tədris mühitinin elektronlaşdırılmasıdır. İlkin mərhələdə tədrisin elektronlaşdırılması prosesinin Akademiya üçün effektivlik və qənaətbəxşlik dərəcəsinin müəyyən edilməsi, elektron sistemdən istifadə vərdişlərinin aşılanması və xərclərə qənaət edilməsi məqsədilə müvafiq proqram təminatından demo-versiya formatında istifadə edilməsi nəzərdə tutulub. Bu məqsədlə “Ultra technologies” şirkəti ilə növbəti ilin yanvar ayına qədər onlara məxsus “EduMan” proqram təminatından demo-versiyada əvəzsiz istifadə barədə müqavilə bağlanıb. Sistemdən istifadə qaydaları ilə tanışlıq məqsədilə Akademiyanın professor-müəllim və inzibati heyətinə təlim və treninqlərə mayın 29-da start verilib.
Artıq bir neçə dövlət təhsil müəssisəsində istifadəyə verilmiş və özünü dogrultmuş “EduMan Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması” sistemi müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının artırılması, tədris üzrə təşkilati strukturun idarə edilməsi və s. kimi proseslərə geniş imkanlar yaradır.
Sistem, veb texnologiyalar əsasında qurulduğu üçün istənilən kompyuterdən həm daxili şəbəkə, həm də internet vasitəsilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid planların hazırlanması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması və onların “MS OFFİCE” proqramı ilə inteqrasiyasının təmin edilməsi kimi mühüm imkanlara malikdir.

Hüseyn Şərifov


“Elektron Akademiya” layihəsinə start verildi“Elektron Akademiya” layihəsinə start verildi“Elektron Akademiya” layihəsinə start verildi

Oxşar xəbərlər