Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər

Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər Marşal Universitetinin mütəxəssisləri qocalma prosesinə təsir edən spesifik ferment aşkarladıqlarını iddia edirlər.
Alimlər natrium-kalium adenozintrifosfataza adlı maddənin orqanizmin cavanlıq dövrünü uzadaraq oksigenin aktiv formasının (OAF) generasiya siklində iştirakını müəyyənləşdiriblər.
Tədqiqatçılar əzələ üzərində təcrübə apararaq, il ərzində gəmiricilərə tərkibində çoxlu piy və karbohidrat olan yem veriblər. Orqanizmdə hüceyrələrin oksidləşməsinə və məhvinə səbəb olan çox sayda oksigen radikallarının sintezi nəticəsində belə “pəhriz” aşkar qocalma əlamətlərinin peyda olmasına gətirib çıxarıb. Bununla belə, fermentlə inyeksiya olunan siçanların bir hissəsində müvafiq proseslərin xeyli ləngiməsi müşahidə edilib.
Həmçinin alimlər insanın bağlayıcı toxumaları üzərində də təcrübə aparıb və analoji nəticə əldə ediblər. Mütəxəssislər klinik təcrübələrdən sonra fermentin qocalma əleyhinə terapiyanın əsası ola biləcəyini düşünürlər.

Tehsil-press.az

Oxşar xəbərlər