
Tədbirdə çıxış edən professor Leila Bexos deyib ki, Azərbaycana səfərinin əsas məqsədi Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini araşıdırmaq, Azərbaycanın multikulturalizm modelini daha dərindən mənimsəməkdir. Qonaq bildirib ki, Azərbaycan bu sahədə xeyli inkişaf edib. Leila Bexos əlavə edib ki, Azərbaycan multikulturalizmi ilə bağlı artıq xeyli məlumat toplayıb və burada öyrəndiklərini ölkəsində tətbiq etmək niyyətindədir.
İtaliyadakı multikultural şəraitdən söz açan türkoloq Federiko Renzi Azərbaycanın multikulturalizm sahəsində nümunəvi modelə sahib olduğunu deyib. Federiko Renzi Azərbaycan dövlətinin bu istiqamətdəki addımlarını yüksək qiymətləndirdiyini söyləyib.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, Azərbaycan multikuralizm ölkəsi kimi bütün dünyada tanınır, Azırbaycanının multikulturalizm modeli bir çox ölkələr üçün nümunədir.
ADU-nun Mətbuat Xidməti


