Sumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilib

Sumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar. Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilibSumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilibSumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilib

Oxşar xəbərlər