
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, şairlər Rafiq Yusifoğlu, Ələsgər Həsənli, Almaz Sahilə yubilyarın yaradıcılığından söz açıblar.
Daha sonra şairin şeirləri əsasında hazırlanmış ədəbi kompozisiya, “Analar və balalar” nağılı əsasında səhnəcik təqdim edilib.
Tədbirdə “Balalara hədiyyə” adlı kitab sərgisi, Nizami Gəncəvi adına Uşaq Kitabxanasının və Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının yubilyarın şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş etdirilib.
Sonda şair Məmməd Namaz tədbirdə əməyi olan hər kəsə minnətdarlığını bildirib, yeni şerlərini oxuyub.
Tehsil-press.az