Açıq səma altında uşaqlar üçün növbəti əyləncə saatı

Açıq səma altında uşaqlar üçün növbəti əyləncə saatı Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün növbəti əyləncə saatı təşkil edib.
Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar.
Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.
Uşaq şöbəsində daha bir tədbir fiziki qüsurlu uşaqların mütaliə marağının artırılması ilə bağlı keçirilib. Uşaqlar Dövlət Rəmzləri, Azərbaycan, Sumqayıt şəhəri ilə bağlı sualları cavablandırıb, sərgidə nümayiş olunan ədəbiyyatlarla tanış olub, nağıl və hekayələr oxuyublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm
idarəsinin Mətbuat xidməti


Açıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatıAçıq səma altında uşaqlar üçün növbəti əyləncə saatı

Oxşar xəbərlər