Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən tədbirdə “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri izlənilib, mədəniyyət evinin qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir nümunələri dinlənilib. Tədbirdə həmçinin mədəniyyət evində fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyinin üzvləri Zümrüd Məmmədova, Seyidbacı Aslanova, Xuraman Abbasova, Lalə Mahmudova, Xanımana Hüseynova, Aytac Rüstəmlinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Corat Qəsəbə Mədəniyyət evi tərəfindən 2 saylı "Günəş" bağçasında keçirilən tədbirdə illüziyaçı llham Muradovun bir-birindən rəngarəng çıxışı, müğənnilər Samir Salmanov, Ləman Məmmədova, Orxan Zamanov, Şamo Babayevin ifasinda səslənən mahnılar maraqla qarşılanıb. Daha sonra uşaqların ifasında "Azərbaycan", "Müharibə istəmirik", "Bu vətənin övladlarıyıq " adlı mahnılar dinlənilib. Tədbir ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş"Ulu öndər " adlı şeirlə sona çatıb.
Nizami Gəncəvi adına Kitabxana Klubda keçirilən tədbirdə kitabxanaçı Səadət Allahevrdiyeva müstəqillik günü ilə bağlı oxuculara geniş məlumat verib. Daha sonra kitabxananın oxucularının ifasında Müstəqillik gününə həsr olunan şeirlər dinlənilib. videoçarx izlənilib. Sonda oxucular kitabxanada tərtib olunan “Müstəqillik yollarında” başlıqlı kitab sərgisi ilə yaxından tanış olublar.
S.Vurğun adına Mərkəzi Kitabxanada informasiya günü keçirilib, mövzu ilə əlaqədar tərtib olunmuş sərgi haqqında biblioqrafik xülasə verilib, videoçarx izlənilib. Kitabxananın uşaq şöbəsində məlumat günü keçirilib, şəhər kitabxanalarında sərgilər tərtib olunub.
Zəngilan rayon Mincivan usaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagird və müəllim kollektivi konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları səslənib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər