Şahmatda rəqib tanımayan məktəbli

Şahmatda rəqib tanımayan məktəbli Paytaxt məktəblisi Qusarda keçirilən şahmat üzrə respublika olimpiadasında qalib gəlib.
Bu qurumun tabeliyindəki 236 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi Paşam Əlizadə olimpiadada bütün rəqibləri üzərində qələbə qazanıb.
Olimpiadada 16 yaşadək gənclər İsveçrə sistemi üzrə mübarizə aparıblar. Yarışlarda on yaşadək şahmatçılar “B”, on yaşdan yuxarı şahmatçılar isə “A” qruplarında çıxış ediblər. Paşam Əlizadə “B” qrupunda mübarizə apararaq birinci yerə layiq görülüb. O, diplom, xatirə medalı və qiymətli hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, bu, üç yaşından şahmatla məşğul olan məktəblinin ilk uğuru deyil. O, hələ beş yaşı olarkən 17 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə birinci dərəcə norması uğrunda təşkil edilmiş yarışda doqquz oyundan yeddi xal toplayıb.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər