Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib

Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb.
Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.
Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal, qiymətli hədiyyələrlə mükafatlandırılacaq, 5 nominasya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti




Oxşar xəbərlər