
2011-ci ildə Azərbaycan Tibb Universitetinə 625 balla daxil olub. 7 may 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin90 illik yubileyinə həsr edilmiş TEC konfransında 1-ci yeri qazanaraq, diplomla təltif edilib.
Tibb Universitetinin 3 il universitetlərarası yarışda qızlar taxtasında şah-mat üzrə təmsil edib, qalib olub.
Universiteti 100 ballıq göstərici üzrə 94,25 ortalama balla birinci olaraq, fərqlənmə diplomu ilə bitirib. Rezidentura ilə bağlı keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərib, 154 bal toplayıb.
Arzusu seçdiyi mamalıq-ginekologiya ixtisası üzrə təkmilləşmiş bir həkim olub, xalqın sağlamlığının keşiyində durmaqdır.
ATU-nun Mətbuat Xidməti