Ağdamın işğalından 25 il ötür

Ağdamın işğalından 25 il ötür Bu gün Ağdam rayonunun işğalından 25 il ötür.
İşğal 1993-cü ilin bu günü baş verib. Nəticədə ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir.
İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.
İşğal edilmiş Ağdam şəhəri və 87 kənd darmadağın edilərək yerlə yeksan olunub. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub.



Tehsil-press.az

Oxşar xəbərlər