KİV: Tramp ticarət müharibəsinin qarşısının alması üçün Brüsseldən güzəştləri qəbul edir
ABŞ prezidenti Donald Trаmp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə danışıqlar zamanı Brüsseldən bir sıra güzəştlər əldə edib. Güzəştlər sırasına ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) ixracının artırılması və ticarət müharibəsinin qarşısının alması üçün sənaye rüsumlarının azaldılması daxildir.
Brüssel, ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) ixracının artırılması, sənaye rüsumlarının aşağı salınması, tibbi məhsullar üzrə standartların uyğunlaşdırılması və soya idxalını artırılmasını nəzərdən keçirməyi qəbul edib.
Tehsil-press.az
- Baxış: 4443
Xəbərin tarixi: 26.07.2018 / 09:28
-
Oxşar xəbərlər