“WhatsApp” və “Instagram”da qrup videozəngi aktivləşəcək

“WhatsApp” və “Instagram”da qrup videozəngi aktivləşəcək “WhatsApp” və “Instagram” əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq.
Bu barədə “Facebook” tərtibatçıları üçün “F8” konfransında məlumat verilib.
“WhatsApp” və “Instagram” qrup videozəngində eyni anda dörd nəfər iştirak edə biləcək. Bu funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.
Zəngə başlamaq üçün şəxsi bildirişlərdə yazışmanın yuxarı hissəsində yerləşən kamera işarəsinin üzərinə basmaq lazım gələcək.

Tehsil-press.az

Oxşar xəbərlər