
İstifadəçilərin saxtakarlıq tələsinə düşməsinin əsas səbəbi mesajı göndərən adamın kim olduğuna baxmamaqdır. Virus hər yolla – səsli mesaj, söhbət, ödəmə, foto və ya video formasında gələ bilər. Tanımadığınız adamlardan belə mesaj almısınızsa, həmin şəxsi əngəlləmək və mesajı silmək lazımdır. Eyni zamanda tanıdığınız insanlardan gələn fayl və linklərə də diqqət etməlisiniz. Çünki dostunuzun hesabı “troyan” tərəfindən ələ keçirilə bilər.
tehsil-press.az