Almaniyada Dortmund şəhərində 8 qaçqının təxminən 7 saat soyuducu kamazda qaldıqları məlum olub. Kamaz sürücüsü bundan xəbərsiz olduğunu, naməlum sərnişinlərin qışqırıq səsindən sonra polisə zəng elədiyini deyib. Hüquq-mühafizə əməkdaşları tərəfindən qaçqınlar son anda xilas edilib. Onların haradan gəldikləri açıqlanmayıb.