Bu məbləğin 280 min avrosu Azərbaycan çempionunun Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsi səbəbindən çatacaq. Daha 380 min avro I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını üstələdikdən (1:0, 0:0) sonra klubun hesabına daxil olacaq. 480 min avro isə II təsnifat mərhələsində Albaniya "Kukesi"ni (0:0, 3:0) keçməsi ilə əlaqədar qazanılıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə üz-üzə gələcək.
Tehsil-press.az