Türkiyə Superkubokunun qalibi müəyyənləşdi - Yenilənib

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi - Yenilənib Bu gün futbol üzrə Türkiyə Superkuboku uğrunda mübarizə aparılır.
Ötən mövsümün liqa çempionu “Qalatasaray” Türkiyə kubokunun qalibi “Akhisarspor”la qarşılaşıb. Matçın hakimi Cüneyt Çakırdır. Start heyəti belədir:
Qalatasaray:Muslera, Linnes, Maykon, Sərdar Əziz, Nagatomo, Donk, Fernando, Belhanda, Fequli, Qari Rodriqes, Qomis.
Akhisarspor: Fatih, Vrsayeviç, Dani, Mustafa, Ömər, Aykut, Bilal, Sissoko, Manu, Barbosa, Seleznyov.
***
Matç "Akhisarspor"un birinciliyi ilə davam edir. Seleznyov rəqibin qapısına bir qol vuraraq komandasını önə çıxarıb.
***
Matçda hesab 1:1 komandaların bərabərliyi ilə davam edir. "Qalatasaray"in vurduğu qolla hesab bərabərləşib. Hazırda qalibi müəyyənləşdirmək üçün penaltilər tətbiq olunur.
***
Türkiyə SuperKuboku uğrunda mübarizədə qarşılaşan "Qalatasaray"- "Akhisarspor" matçı ikincinin qələbəsi ilə bitib. Penalti atışları zamanı rəqibinə 6:5 qalib gələn "Akhisarspor" Superkubokun sahibi olub.

Tehsil-press.az

Oxşar xəbərlər