Bakıda ər arvadı ilə qayınanasını bıçaqladı - Biri öldü, digəri isə...

Bakıda ər arvadı ilə qayınanasını bıçaqladı - Biri öldü, digəri isə... Bakıda yeznə arvadı və qayınanasını bıçaqlayıb.
Hadisə bu gün günorta saatlarında Nərimanov rayonunda, “Çermet” adlanan ərazidə baş verib.
Arvadı ilə mübahisə edən kişi ailə münaqişəsi zəminində ona və qayınanasına çoxlu sayda bıçaq zərbəsi vurub. Onun qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, arvadının isə vəziyyəti ağır olaraq qalır. Onların birgə nikahdan 3 aylıq uşağı var.
Qətli törədən yeznə saxlanılıb. Ailə üzvlərinin şəxsiyyəti müəyyənləşdirilir.
Nərimanov Rayon Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər