Azərbaycan universitetlərində İsveçin təhsildə keyfiyyətə nəzarət mexanizmi təcrübəsi tətbiq olunacaq

Azərbaycan universitetlərində İsveçin təhsildə keyfiyyətə nəzarət mexanizmi təcrübəsi tətbiq olunacaq Bakı Biznes Universitetinin (BBU) Avropa İttifaqı “Erasmus+” proqramının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində ölkəmizin 11 ali məktəbinin keyfiyyətə nəzarət mərkəzinin və beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri İsveçin Royal Texnologiya Universitetində (KTH) və Uppsala Universitetində birhəftəlik təlimlərdə iştirak ediblər.
Səfər çərçivəsində bu ali məktəbin rektoru, professor İbad Abbasov hər iki universitetin rəhbəri ilə görüşüb, ali məktəblər arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində danışıqlar aparıb.
Təlimdə iştirakçılar Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə hər iki universitetin 200 illik təcrübəsini öyrəniblər. Həmçinin müqayisəli təhlillər apararaq Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması sisteminin məzmun və strukturunu hazırlayıblar. İştirakçılar, eyni zamanda, İsveçin milli təhsil sistemi və təhsildə keyfiyyətə nəzarət mexanizmi və qiymətləndirmə meyarları ilə də tanış olub, təhsildə keyfiyyətə nəzarət üzrə dövlət məsləhətçiləri ilə müzakirələr aparıblar. Universitetlərdə yaradılmış mərkəzlərin yeni tədris ilindən tam müstəqil işə başlaması nəzərdə tutulur.

Azərbaycan universitetlərində İsveçin təhsildə keyfiyyətə nəzarət mexanizmi təcrübəsi tətbiq olunacaqAzərbaycan universitetlərində İsveçin təhsildə keyfiyyətə nəzarət mexanizmi təcrübəsi tətbiq olunacaq

Tehsil-press.az

Oxşar xəbərlər