100 şagird üçün “Ümidlə dolu bir çanta”da birləşək! - Xeyriyyə aksiyası

100 şagird üçün “Ümidlə dolu bir çanta”da birləşək! - Xeyriyyə aksiyası Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Ümidlə dolu bir çanta” adlı xeyriyyə aksiyasına start verilib.
Məqsəd aztəminatlı ailədən olan 100 şagirdə içi məktəb ləvazimatları ilə dolu məktəbli çantası hədiyyə etməkdir.
Aksiyanın yekununda- sentyabırın 15-də “Premier Expo” otelində tədbir keçiriləcək, aztəminatlı ailələrin nümayəndələrinə çantalar təqdim olunacaq. Tədbirdə bir neçə müğənni və sənət adamları da iştirak edəcək.
Xeyriyyə marafonuna qoşulmaq, aztəminatlı ailələrin övladlarına sevinc bəxş etmək istəyənlər (+994) 50 228 9798 və (+994) 55 740 31 51 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər