Prezidentlər Azadlıq meydanında paradda

Prezidentlər Azadlıq meydanında paradda Azadlıq meydanında Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi parad keçirilib.
Paradda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak ediblər.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.
Dövlət başçıları “Salam, əsgər!” deyərək əsgərləri salamlayıblar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.
“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər