Məktəblərdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr edilib

Məktəblərdə ilk dərslər vətənpərvərlik mövzusuna həsr edilib Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.
Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, dərslər müəllim və şagirdlər tərəfindən Dövlət himninin ifası ilə başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik, milli mənəvi dəyərlər, müstəqilliyimizin rəmzi olan Azərbaycan Respublikasının üçrəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat veriblər. Yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətindən söhbət açılıb. Qeyd edilib ki, milli dövlətçilik ənənələrimiz AXC-nin yaranması ilə yenidən bərpa edilib.

Tehsil-press.az

Oxşar xəbərlər