ABŞ və Yaponiya liderləri ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər

ABŞ və Yaponiya liderləri ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər ABŞ və Yaponiya liderləri Donald Tramp və Şinzo Abe ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Bu barədə Ağ Evin iki ölkə liderinin danışıqlarının yekunları üzrə yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, danışıqlar hər iki ölkədə bunu üçün lazımi prosedurlar başa çatdıqdan sonra başlayacaq: "ABŞ və Yaponiya lazımi daxili prosedurların yekunlaşmasından sonra iki ölkə arasında ticarət sazişi üzrə danışıqlara başlayacaq".

Tehsil-press.az

Oxşar xəbərlər