Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 83,56 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,35 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 82,80 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 25-də 79,93 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 25-də 82,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,45 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər