ADNSU Rusiyanın Şimal (Arktik) Federal Universiteti ilə əlaqələri genişləndirir

ADNSU Rusiyanın Şimal (Arktik) Federal Universiteti ilə əlaqələri genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Rusiyanın Şimal Federal (Arktik) Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Rusiyanın M.V.Lomonosov adında Şimal Federal (Arktik) Universiteti Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Lyubov Zarubina və universitetin energetika, neft və qaz ali məktəbinin direktoru, istilik enerjisi və istilik texnikası kafedrasının müdiri, texnika elmlər namizədi Pavel Maryandışev ilə görüşüb.
Görüşdə M.Babanlı qonaqlara universitetin tarixi, tədris prosesi, ixtisaslar, xarici universitetlərlə əlaqələr, mübadilə proqramları haqqında məlumat verib. ADNSU-nun gələcəkdə təkcə tədris müəssisəsi deyil, həm də böyük elm mərkəzi kimi fəaliyyət göstərməsi üçün aparılan işlərdən söz açan rektor universitetin kafedralarında laboratoriyaların maddi-texniki bazasının inkişaf etdirilməsi, gündəlik təcrübə proqramı, buraxılış işlərinin mövzularının sənaye müəssisələrinin tələbinə uyğunlaşdırılması və s. haqqında danışıb.
L.Zarubina təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Universitetin bir çox böyük şirkətlərlə, o cümlədən Azərbaycan şirkətləri ilə əlaqələrinin olduğunu bildirən L.Zarubina ADNSU ilə layihələrin həyata keçirilməsinin onlar üçün əhəmiyyətini qeyd edib.
P.Maryandışev ADNSU ilə elmi sahədə əməkdaşlığın hər iki tərəfə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Arxangelsk vilayətində Azərbaycan diasporu təşkilatı idarə heyətinin sədri Tərlan Qasımov iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını söyləyib.

Hikmət Əliyev


 ADNSU Rusiyanın Şimal (Arktik) Federal Universiteti ilə əlaqələri genişləndirir ADNSU Rusiyanın Şimal (Arktik) Federal Universiteti ilə əlaqələri genişləndirir

Oxşar xəbərlər