BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilir

BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilir Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.
Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə tanınmış alimlər və mütəxəssislərlə yanaşı dünyada logistika sahəsində tanınmış universitetlərin alimləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən və bu baxımdan konfransın əhəmiyyətindən danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan logistika layihələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və onun nəticələrinin iqtisadiyyatımıza olan töhvələrindən danışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin nəqliyyat sektoruna olan diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.
Çıxışlardan sonra plenar iclasla davam edən konfransda Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri ilə davam edib.
Qeyd edək ki, BMU da keçirilən konfrans oktyabrın 2-dən 5-dək 5 seksiya üzrə işini davam etdirəcək.

BMU-nun Mətbuat Xidməti


BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilirBMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilir

Oxşar xəbərlər