
Bunu XII Azərbaycan beynəlxalq təhsil sərgisinin açılışında iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova söyləyib.
O deyib: “Builki sərgidə biz universitetin il ərzində qazandığı nailiyyətləri, tələbələrimizin beynəlxalq müsabiqələrdə qazandıqları mükafatları və onların layihələrini nümayiş etdirməyə çalışmışıq. Stendimizdə, həmçinin universitetimizdəki yeniliklər, müəllimlərimizin müəllifi olduqları dərs vəsaitləri və monoqrafiyalar, yeni laboratoriyalarımız barədə ətraflı məlumatlar verilir”.
Hazırda Azərbaycan təhsilinin yüksək templə inkişaf etdiyini deyən Gülçöhrə Məmmədova bu sahədə yeniliklərin sayının getdikcə artdığını bildirib. Rektor qeyd edib ki, sərgidə ali məktəblərin stendi ilə tanış olarkən müxtəlif yeniliklərlə rastlaşırsan və bunların hamısı çox maraqlıdır. Tədbirin beynəlxalq səviyyəsinin ilbəil yüksəlməsi ölkənin təhsil sisteminin inkişafını əks etdirən prosesdir. Bu, eyni zamanda, Azərbaycan təhsilinə beynəlxalq səviyyədə diqqətin artmasının bir təcəssümüdür. Çünki ildən-ilə sərginin əhatə dairəsi genişlənir ki, bu da çox gözəl nəticədir.
Tehsil-press.az