AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Çexiyanın Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana ilə görüşüb.
AzTU-dan Tehsil-press.az-a bildiriblər ki, görüşdə AzTU ilə Liberek Texniki Universiteti arasındakı əlaqələrdən danışan S.Namazov əməkdaşlıq çərçivəsində beynəlxalq layihələrdə birgə iştirakın və ikili diplom müqavilələrinin imzalanmasının nəzərdə tutulduğunu bildirib. AzTU-da bu il yaradılan ingilis və alman dilli qrupları haqqında məlumat verən prorektor qeyd edib ki, gələcəkdə Liberek Texniki Universitetinin tələbələri də bu qruplarda təhsil ala bilərlər.
K.Frana AzTU ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək ölkəsinin universitetləri ilə Azərbaycanın ali məktəblərinin tarixi əlaqələrini yada salaraq bu əməkdaşlığın böyük perspektivlər yaradacağına əmin olduğunu deyib. Qonaq universitetlər arasında yaradılacaq əməkdaşlığın faydalı olacağını qeyd edib.
Görüşdə “Nəcəf”, “Erasmus+” təhsil layihələrində birgə iştirak, Liberek Texniki Universitetinin vasitəçiliyi sayəsində Çexiyanın digər universitetləri ilə əməkdaşlıq, həmçinin AzTU tələbələrinin Çexiya dövləti tərəfindən elan edilən təqaüd proqramlarından istifadə məsələləri müzakirə olunub.

AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub


Oxşar xəbərlər