Azərbaycan Texniki Universiteti Rumıniyanın ali məktəbləri ilə əlaqələri genişləndirir

Azərbaycan Texniki Universiteti Rumıniyanın ali məktəbləri ilə əlaqələri genişləndirir Oktyabrın 9-da Rumıniyanın Babeş-Bolyai Universitetinin alimləri İonut Traian Luka, Ramona Onciu Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Görüşdə hər iki universitetin son nailiyyətlərindən, beynəlxalq əlaqələrinin inkişafından bəhs olunub. Həmçinin elmi-tədqiqat, müəllim-tələbə mübadiləsi istiqamətində həyata keçirilən “ERASMUS+” layihəsi çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər müzakirə edilib.
Təmsil etdikləri ali məktəb haqqında məlumat verən qonaqlar Rumıniya gənclərinin AzTU-da təhsil almaqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonra rumıniyalı alimlər AzTU-nun Heydər Əliyev Mərkəzi, laboratoriyaları, auditoriyaları və imtahan otaqları ilə tanış olublar.

AzTU-nun Mətbuat xidməti




Oxşar xəbərlər