
UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarovun apardığı bu verilişdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə “Export Time” proqramının əhəmiyyəti, ixracatçılara verəcəyi töhfə və mərkəzin fəaliyyət istiqamətlərindən bəhs edib.
Qeyd edək ki, “Export Time” verilişi ayda 2 dəfə olmaqla, Radio UNEC-də yayımlanacaq. Növbəti “Export Time” noyabrın 2-də efirdə olacaq.
UNEC-in Mətbuat Xidməti