
"Qaynar xət"də əsasən hüquqi yardımla bağlı daxil olan zənglərin operator tərəfindən cavablandırılması nəzərdə tutulur. "Qaynar xətt" +48 576 164 876 nömrəsində işləyəcək və zənglər operativ cavablandırılacaq.
"Qaynar xətt" Azərbaycan, rus, ingilis, türk və polyak dillərində soydaşlarımızın xidmətində olacaq. Məqsəd həmyerlilərimizin sosial problemlərinə dəstək olmaq:
Şuranın sədri Nail Əhməd bildirib: "Tez-tez hemyerlilərimizin yaşamaq icazəsi ilə bağlı hüquq-mühafizə orqanları ilə problemlərinin olduğunu nəzərə alaraq belə bir addım atmaq qərarına gəldik. Əgər bu xidmət istədiyimiz nəticəni versə, novbəti ildən vətəndaşlarımız üçün ödənişsiz hüquq məsləhətxanası açmağı düşünürük".
Tehsil-press.az