Daha bir səudiyyəli jurnalist öldürüldü - Qaşıqçının qətlindən bir ay sonra

Daha bir səudiyyəli jurnalist öldürüldü - Qaşıqçının qətlindən bir ay sonra Jurnalist və yazıçı Turki bin Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanında işgəncələrə məruz qalaraq qətlə yetirilib.
Bu barədə hüquq müdafiəçilərinə istinadən “New Khaleej” nəşri yazıb. Məlumata görə, jurnalist həmkarı Camal Qaşıqçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.
Əl-Casser 2017-ci ilin martında Tvitterdə “Kashkool” səhifəsində gizli məlumatlar paylaşdığı üçün həbs edilib. Həmin məlumatlarda kral ailə üzvləri və vəzifəli şəxslər tərəfindən insan haqlarının pozulması ifşa edilib. Onun şəxsiyyətini səudiyyəli casuslar Tvitterin Dubaydakı ofisində üzə çıxarmışdılar. Casusların vəliəhd Saud əl-Kaxtaninin müşaviri ilə əlaqədə olduğu bildirilir. O, ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilən Qaşıqçı cinayətinin istintaqı ilə əlaqədar istefaya göndərilib.
Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxıb. Onun əvvəlcə boğulduğu, daha sonra isə cəsədinin hissələrə parçalandığı bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər