
Bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.
Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”.
Belarus lideri ilin əvvəlindən bəri iki ölkə arasında ticari dövriyyənin 3 dəfədən çox artdığını bildirib.
Humanitar sahədəki əməkdaşlığa diqqət çəkən Lukaşenko təxminən 500 azərbaycanlının Belarusda təhsil aldığını qeyd edib: “Azərbaycan üçün bizim qapılarımız açıqdır.
Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və onlara əməl edəcəyimizə söz vermişik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.
Tehsil-press.az