Bu gün məktəblərdə "Son zəng" çalınır

Bu gün məktəblərdə Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.
"Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.
2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər