
Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.
Konfransa İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssislər qatılacaq.
Konfrans müddəti ərzində iştirakçıların Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və digər aidiyyəti mövzular üzrə elmi çıxışları olacaq.
Konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.
Tehsil-press.az